Həmas bəyanat yayaraq Livan komandirlərindən olan İbrahim Əqilin şəhadəti münasibətilə Hizbullaha başsağlığı verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Həmasın bu gün (21 sentyabr) yayımladığı bəyanatda deyilir: Əvəzolunmaz komandirlərdən olan şəhadət zirvəsinə qalxmış İbrahim Əqilin şəhid olması münasibətilə Hizbullah Hərəkatı və Livan xalqına başsağlığı veririk.
Fələsti İslami Cihad Hərəkatı da bəyanat yayaraq təcavüzkar İsrail rejiminin amansız hücumunda şəhid olan İbrahim Əqilin şəhadətinə təəssüflə münasibət bildirib.
İslami Cihad Hərəkatının bəyanatında deyilir: Dilavərlik və rəşadət simvolu olan general İbrahim Əqil bütün ömrünü islam ümmətinin müdafiəsi və Fələstin xalqının dəstəyinə sərf etdi.
Xatırladaq ki, Livan Hizbullahı bəyanat yayaraq silahlı qüvvə komandirlərindən biri, xüsusi əməliyyatlara cavabdeh olan İbrahim Əqilin İsrail sionis rejimin Beyrutun zənub bölgəsi olan Zahiyəyə endirdiyi zərbələr nəticəsində şəhid olduğunu təsdiqləyib.
1 şərh
To my surprise, I learned a lot from this piece. You have a gift for putting complex ideas into simple terms, and the examples you supplied really helped drive home your points. Your information is quite thorough, and I am grateful to you for that.