Həmas Hərəkatı yeni atəşkəs təklifini ən qısa zamanda nəzərdən keçirəcəyini və cavab verəcəyini açıqlayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmas hərəkatı bəyanat yayaraq elan edib ki, hərəkat liderləri yüksək məsuliyyət hissi ilə vasitəçilər vasitəsilə onlara daxil olan təklifi araşdırır.
Bəyanatda deyilir: Biz lazımi məsləhətləşmələr başa çatdıqdan sonra cavabımızı ən qısa zamanda təqdim edəcəyik. İstənilən razılaşma daimi atəşkəs, işğalçıların Qəzza zolağından tamamilə çıxarılması, real əsir mübadiləsi, işğalçıların dağıddıqlarının yenidən qurulması üçün ciddi prosesin başlanması və Qəzza zolağının mühasirəsinə son qoyulmasını ehtiva etməlidir.