Həmasın yüksək rütbəli rəsmisi ABŞ prezidentinin Qəzzə zolağı barədə verdiyi planın irqçi bir plan olduğunu deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, İzzət Əl Rişq bu gün (5 fevral) deyib: Biz Donald Trampın Qəzzə zolağı sakinlərinə öz vətənlərini tərk etmək barədə planını pisləyir, bunun Fələstin xalqı hüquqlarının tapdalanması hesab edirik.
Əl Rişq davam edib: Qəzzə sakinləri 15 ay bombardmanlar altında qaldıqdan sonra kiminsə onları öz yurd-yuvalarından çıxarmasına razı olmaz və onlar möhkəm iradələri ilə düşmənin bir xalqı kökündən qurutmaq planları ilə razılaşmayacaq.
Qeyd edək ki, Həmas ABŞ Prezidenti Donald Trampın Qəzza zolağının bərpası zərurəti bəhanəsi ilə anklavda yaşayan fələstinlilərin ərəb ölkələrinə köçürülməsi təklifini rədd edərək bir bəyanatda deyib: Biz ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsindəki bizim Fələstin xalqımızı bərpa bəhanəsi ilə öz vətənini tərk etməyə çağıran bəyanatını rədd edirik.