Həmas liderlərindən biri sionist rejim cinayətlərinin Fələstin xalqını öz məqsədlərindən döndürməyəcəyini qeyd edərək işğalçı rejimin müvəqqəti olduğunu və tezliklə məhv olacağını deyib.
Qafqaztimesin xarici KİV-lərə istinadən veridyi məlumata əsasən, Mahmud Mərdavi bu gün (11 fevral) deyib: İordan çayı qərb sahilində işğalçı rejimin törətdiyi cinayətlərin davamında qəsəbəsalma layihələri onların məhvolma qorxusundan irəli gəlir və onlar ağacdan tutmuş insanlara qədər məhv etmə istəyi onların müvəqqəti olduğunun göstəricisidir.
Mahmud Mərdavi həmçinin əlavə edib: İşğalçıların Qərb sahilində törətdiyi bütün cinayətlər bizim bu rejimin müvəqqəti olması etiqadımızı dəyişməyəcək və Fələstin xalqının öz torpaqlarını və hüquqlarını geri almaq əzmi ilə məhv ediləcək.
Mərdavi vurğulayıb: İordan çayının qərb sahilində müqavimətin davam etdirilməsi Fələstin xalqının inkaredilməz haqqıdır və hər hansı bir qətl, təhdid və soyqırım bu xalqı öz məqsədlərindən çəkindirə bilməz.