Həmas sözçüsü atəşkəs razılaşmasına baxmayaraq, sionist rejim və Netanyahu Fələstin xalqına qarşı müharibəni yenidən başlamasına çalışdığını deyib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Üsamə Həmdan bu gün (3 mart) deyib: Sionist rejim atəşkəs razılaşmasından yayınır və açıq-aşkar anlaşmanın həyata keçirilməsindən boyun qaçırır.
Həmdan İsrail rejiminin gündə 50 yanacaq tankerinin Qəzza zolağına girməsinə mane olmaqla razılaşmanı pozduğunu, razılaşdırılan 65 min evdən yalnız 15-nin Qəzzaya daxil olduğunu qeyd edərək deyib: İşğalçı rejim xəstəxanaların yenidən qurulması, mülki müdafiə vasitələrinin ölkəyə daxil olması və elektrik stansiyalarının işə salınması üçün tikinti materiallarının ölkəyə daxil olmasına mane olur.
Üsamə Həmdan həmçinin rəsmi atəşkəs razılaşmasının 1-ci mərhələsində İsrail təyyarələri tərəfindən 210 razılaşma pozuntusunun qeydə alındığını və İsrailin hücumlarında 116 fələstinlinin şəhid olduğunu da qeyd edib.