Həmas liderlərindən biri yaxın günlərdə Qahirə danışıqları barədə danışarkən silah məsələsinin müzakirə mövzusu olmadığı və Mahmud Abbasın Fələstin və fələstinlilərə layiqli bir insan olmadığını vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Tahir Əl Nunu bu gün (26 aprel) Mahmud Abbasın xain bir insan olduğunu xatırladaraq deyib: Mahmud Abbasın Fələstin Mərkəzi Şurasının iclasında müqavimətə qarşı ədəbsiz və vulqar ifadələrini şiddətlə qınayırıq. Çünki bu sözlər heç vaxt Fələstin müqavimətinin mübarizə prosesinə layiq deyil. Mahmud Abbas Fələstin xalqına rəhbərlik edəcək vəsiqələrə malik deyil və onun son bəyanat və mövqeləri sionist işğalçılara qarşı fələstinlilərin sıralarını birləşdirmək və onların Fələstin xalqına qarşı amansız təcavüzü əvəzinə, Fələstin cəmiyyətində təfriqə yaradır və dərinləşdirir.