Həmasın yüksək rütbəli rəsmisi ABŞ nümayəndəsinin Qəzzədə atəşkəs barədə təklifinin qəbul edildiyindən xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Basim Naim bu gün (27 may) deyib: Biz ABŞ-ın təklifini qəbul etdik və indi sionist rejimin cavabını gözləyirik. Vitkoffun təklifinin məğzi müharibənin dayandırılması, düşmən qüvvələrinin geri çəkilməsi və daimi atəşkəs barədə razılaşmadır.
Qeyd edək ki, bundan əvvəl də atəşkəs danışıqları və Vitkoff planına dair Həmasın planın “tamamlanmış variantı” ilə razılaşdığı razılaşma ilə bağlı ziddiyyətli xəbərlər var idi. Azad ediləcək əsirlərin sayı, ABŞ-ın zəmanətləri, Həmasın tərksilah edilməsi və Qəzza müharibəsinə son qoyulması məsələsində fikir ayrılığına baxmayaraq, tərəflər hələ də razılığa gəlməkdən uzaq görünürdü.