Həmas sionist cəsədlərin tabutlarına vurulmuş qıfılların açarlarını dəyişik verməklə İsrailə ağır bir mesaj verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmasın siyasi qolu olan İzzədin Əl Qəssam Batalyonları bu gün (20 fevral) İsrailin hücumları nəticəsində həlak olan sionist əsirlərin cəsədlərinin olduğu tabutların qıfıllarını dəyişik verməklə düşmənə “hətta ölülərinizə belə rahatlıqla yetişə bilməyəcəksiniz” mesajını verib.
Məlumata görə Qəssam Briqadaları 4 sionist əsirin İsrail ordusunun Qəzzəyə hücumları zamanı öldüyünü də açıqlayıb. İsrailin fələstinli əsirlərin öldürmə praktikasına toxunan Həmas bəyan edib ki, öz əsirlərini öldürən Təl-Əviv indi cəsədlərini görmək üçün tabutları öz əlləri ilə sındırmalıdır. Bu simvolik jest fələstinlilərin müqavimət iradəsini nümayiş etdirməklə yanaşı, İsrailə və beynəlxalq ictimaiyyətə açıq bir mesaj verir və zülmə qarşı müqavimətin azalmadan davam edəcəyini vurğulayır.