Həmasın yüksək rütbəli rəsmisi sionist rejim baş nazirinin müharibəkölgəsi altında cinayətkar siyasətləri ilə fələstinliləri məcburi köçürmə planını həyata keçirməyə çalışdığını deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Mahmud Mərdavi bu gün (22 may) deyib: Netanyahu açıq-aşkar istənilən müvəqqəti atəşkəsin yeni qətllərə və cinayətlərə səbəb olacağını vurğulayır. O, nə sülh barədə, nə də əsir mübadiləsi barədə düşünmür. Əslində onun məqsədi Fələstin xalqını məhv etmək, Trampın məcburi köçkün planını həyata keçirməkdir.
Mahmud Mərdavi həmçinin dünya ictimaiyyətinin susqunluğunu da tənqid edərək deyib: Beynəlxalq ictimaiyyət Netanyahunu müharibə cinayətkarı kimi cəzalandırmalıdır.
Həmas rəsmisi söhbətinin sonunda ABŞ-dan sionist rejimlə əlaqələrində və onların cinayətləri qarşılığında öz mövqeyini şəffaflaşdırmasını tələb edərək deyib: Özünüzü sülh carçısı və vasitəçisi elan etdiyiniz halda Qəzzədəki anti-humanitar vəziyyətə göz yummanız düzgün deyil.