Fələstin müqavimətinə bağlı etibarlı qaynaqların hal-hazırda sionis rejimi ilə müzakirələr üçün hələ heç bir şəraitin olmadığından xəbər veriblər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Həmasın yüksək rütbəli bir rəsmisi Qəzzə müharibəsinin sonlandırılması üçün müzakirələrin dalana dirəndiyini, müqavimət dəstələrinin də ilkin şərtlərinin qəbul olunmadığını vurğulayaraq deyib: İsrail rejimi beynəlxalq vasitəçilərə Həmasın təklifinə cavab müzakirədə məğlubiyyət mənası kəsb etdiyini deyib. Sionist rejim rəsmiləri həmçinin deyiblər ki, Həmas mövqeyini dəyişməzsə, İsrail müzakirə üçün heç kəsi göndərməyəcək.
Əl Məyadin telekanalına müsahibə verən Həmas rəsmisi gərgin vəziyyətin yaxşılaşdırılması üçün alternativ çıxış yolları barədə düşünüləcəyini qeyd edərək deyib: Ötən müzakirələrdən heç bir nəticə çıxmadı və indiki vəziyyətdə razılığa çatmaq imkansız görünür.