Həmas bəyanat yayaraq Qəzzə zolağında atəşkəs təklifinin vasitəçilər tərəfindən onlara çatdırıldığını və bu təklifə tezliklə cavab veriləcəyini elan edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmas bu gün (15 mart) elan edib: Həmas liderləri yüksək məsuliyyət hissi ilə bu təklifi araşdırır və vasitəçilərin bizə verdiyi təklifə tezliklə cavab verəcəyik.
Əl Məyadin telekanalı bəyanatdan sitat gətirərək deyib: Biz Qəzzədə daimi atəşkəs və zolağın tamamilə blokadadan çıxma prinsipi əsasında qəti qərarımızı qarşı tərəfə elan etmişik və biz bu prisipdən geri çəkilməyəcəyik.
Bəyanatda həmçinin deyilir: Gələcəkdə istənilən hər hansı bir razılaşmanın əsas şərtləri əsir mübadiləsi, xarabalığa çevrilmiş zolağın yenidən inşa edilməsi və düşmənin blokadaya aldığı Qəzzədən geri çəkilməsi prinsipi əsasında olacaq.