Həmas Hərəkatı Xan Yunus şəhərinin Nasir xəstəxanasında məşhur fələstinli jurnalistin terror edilməsini sionist rejimin müharibə cinayəti adlandırıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmas bu hün (13 may) bəyanat yayaraq Həsən Əslihin terroruna münasibət bildirərək deyib: Bu jurnalist əvvəl də Qəzzədə müxbirlərin çadırlarına atılmış bomba ilə yaralanmışdı. Sionist rejim jurnalist toxunulmazlığına dəyər verməməsindən əlavə, beynəlxalq qanunlara zidd müharibə cinayətləri törədir və insanlıq prinsiplərinə belə riayət etmir.
Həmas həmçinin əlavə edib: Sionist rejim bütün beynəlxalq və humanitar qanunların açıq-aşkar pozulması olan bu mürəkkəb cinayət işğalçıların mənəvi və media çöküşünü nümayiş etdirir və onların iddialarının yalan olduğunu dünyaya üzə çıxararaq vurğulayırlar ki, sionist rejimi terrora əsaslanan bir rejimdir.