Həmas bu cümə günü dünyanı sionist rejim cinayətlərinə kütləvi etiraz aksiyalarına çağırıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmas dünən axaşam (15 may) bəyanat yayaraq deyib: İsrailin baş naziri Benyamin Netanyahu Fələstin xalqının iradəsini qırmaq üçün blokada və aclıqdan silah kimi istifadə etməkdən əlavə, hətta beynəlxalq ictimaiyyəti bu “müharibə cinayətlərinə” son qoymaqda aciz olduğunu deyir. Elə bu səbəbdən də dünyanın azad insanlarına, eləcə də ərəb və islam ölkələrinə müraciət edərək deyirik ki, mayın 16-17-18-də keçiriləcək genişmiqyaslı etiraz aksiyasında iştirak edib sionist rejimə bu vasitə ilə təzyiq göstərmələrini istəyirik.
Bəyanatda həmçinin vurğulanır: Qəzzada sionist qırğınlarının artmasını nəzərə alaraq, müharibəni dayandırmaq və onları müharibə cinayətkarı kimi təqib etmək üçün İsrail liderlərinə təzyiq göstərmək üçün bütün dünyada geniş xalq hərəkatına çağırırıq.