Əl Qəssam briqadaları sionist rejimin Livanın cənubuna hücumlarında Həmasın bir əməliyyat komandirinin şəhid olduğunu elan edib.
Əl Aləm telekanalının məlumatına əsasən, Əl Qəssam briqadaları dünən səhər Əbu Saleh ləqəbli Hüseyn Mahmud Əl Nadir adlı əməliyyat komandirinin şəhid olması barədə bəyanat yayıb.
Bəyanatda deyilir: Əl Nadir müharibə meydanlarının cənagavəri idi və ötən ilin oktyabrından bu günə kimi sionist rejimlə müharibədə rəşadətlə vuruşurdu.
“Livan İslami Cəmiyyəti” də dünən “Nusrətul Əqsa” komitəsinin başçısı komandir Hüseyn Mahmud Əl Nadirin şəhid olması barədə məlumat vermişdi.