Həmas bir daha sionist rejimlə atəşkəs anlaşması maddələrinə riayət edilmədiyi təqdirdə razılaşmanın iflas edəcəyi barədə xəbərdarlıq edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmasın yüksək rütbəli rəsmiləri dünən axşam (14 fevral) elan edib: Sionist rejim bazar günü Qəzzə zolağına ağır texnika və müvəqqəti yaşayış evlərinin daxil olmasına mane olarsa, atəşkəs razılaşması tamamilə ləğv oluna bilər.
Həmas rəsmiləri daha sonra bildirib: Sionist rejim razılaşma əsnasında imzaladıqları maddələrə uyğun davranmayıb öhdəliklərinə əməl etməsələr, biz də lazımi reaksiyaları verəcəyik.
Qeyd edək ki, Həmasın yüksək rütbəli rəsmisi Üsamə Həmdan atəşkəs razılaşmasının 2-ci mərhələsinin bazar ertəsi günü baş tutacağından xəbər verib.