Həmas sözçüsü Misirlə Qətərin vasitəçilik etdiyi İsrail-Həmas dnışıqlarının 2-ci raunduna hazır olduqlarını elan edib.
Qafqaztimesin xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, Əbdül Lətif Əl Qanu deyib: Həmas Fələstin xalqının tələblərini yerinə yetirmək üçün danışıqların ikinci raundunda iştirak etməyə tam hazırdır və danışıqların ikinci raundunun başlamasından müsbət əlamətlər var.
O, bütün tərəfləri Qəzzə zolağına yardım göstərmək və Fələstin xalqı üzərindəki mühasirəni aradan qaldırmaq üçün ikiqat səy göstərməyə çağıraraq deyib: Həmasın Qahirədəki nümayəndə heyəti danışıqların ikinci raunduna başlamaq yollarını araşdırır, işğalçı rejimi öz öhdəliklərini yerinə yetirməyə məcbur etməyə çalışır və ərəblərin həlli mexanizmlərini tətbiq etməyə çağırır.