Həmas ABŞ konqresmeninin Qəzzənin atom bombası ilə vurulması istəyinə kəskin reaksiya verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Həmas bu gün (23 may) bəyanat yayaraq elan edib: Randy Fineın Qəzzəni atom bombası ilə vurulma istəyi bəşəriyyət əleyhinə bir fikir və sionist rejimin soyqırımı siyasətinə davam etməsi üçün bir qıcıqlandırmadır.
Bəyanatda həmçinin deyilir: Fələstin xalqı əleyhinə vəhşi fikirlər irəli sürmək heç vaxt Qəzzə xalqının iradə, əzmkarlıq və imanına zərbə vurub onu zəiflədə bilməyəcək. Əslində bu fikirlər işğalçı rejim və onun dəstəkçilərinin çirkin iç üzünü dünyaya göstərək.
Fələstin İslami Cihad Hərəkatı da bu məsələyə münasibət bildirərək elan edib: Amerika Konqresinin Respublikaçılarının üzvü Randy Fineın Qəzzənin atom bombası ilə vurulma istəyini qınayır və bunun slrf ekstremizm, aparteid və soyqırım siyasəti olduğunu deyirik.
Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasında Florida ştatını təmsil edən Randy Fine, Fox News proqramı zamanı Qəzza zolağında nüvə silahının istifadəsi ilə bağlı şok çağırış edib. Bunun ardınca Amerika-İslam Münasibətləri Şurası (CAIR) sərt reaksiya verərək, Finenin bəyanatlarını “soyqırıma təhrik” kimi qiymətləndirib və Konqresi tədbir görməyə çağırıb.