Həmas sözçüsü təzyiq, zor gücü və təhdidlə sionist əsirlərin geri qaytarılma imkanı olmadığını qeyd edərək işğalçı rejimin girov mübadiləsi razılaşmasının 1-ci raund maddələrinin icra edildiyi təqdirdə mübadiləyə yenidən başlanma imkanından xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əbdül Lətif Əl Qanu bu gün (11 fevral) deyib: Həmas əsir mübadiləsinin yenidən başlanmasına hazırdır. Amma sionist rejimin ilkin mərhələdə qəbul etdiyi şərtlərə riayət etməsi tələb olunur.
Sionist rejimin dəfələrlə atəşkəsi pozduğunu vurğulayan Həmas sözçüsü deyib: Beynəlxalq tərəflər sionist rejimə təzyiqlər göstərməlidir. Zor, təzyiq və təhdidlərlə əsir mübadiləsinn imkanı yoxdur. Biz atəşkəs təzminatçılarından İsraili imzalanmış razılaşmanın bütün maddələrinə riayət etməsi üçün təzyiqləri artırmasını istəyirik. Sionist rejim müharibə məqsədlərində nakam qaldı və sonrakı müzakirələrdə də bu məqsədlərinə çata bilməyəcək.