Suriyanın nəqliyyat nazirliyi sionist rejim hücumundan zərər çəkmiş Hələb hava limanının sabahdan (cümə) etibarən yenidən işə başlayacağından xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, Suriya nəqliyyat nazirliyinin mətbuat xidməti bəyanat yayaraq elan edib: Ötən gün (22 mart) sionist rejimin hava hücumlarına məruz qalmış Hələb hava limanda təmir işləri başa çatıb və cümə günündən etibarən yenidən fəaliyyətinə davam edəcək.
Hələb hava limanı fevralın 6-da Suriyada şiddətli zəlzələdən sonra əsasən humanitar yardımların daşınması və çatdırılması sahəsinə fokuslanıb və dəfələrlə sionist rejimin hava hücumlarına məruz qalıb. Amma təcavüzkar rejimin dünənki (22 mart) hücumundan sonra ciddi xəsarət aldığı üçün hava limanının fəaliyyəti tam dayandırılmışdı.
1 şərh
Cool rating of https://casino-aff-programs.com/ affiliate programs in the field of casino and sports betting, Super affiliate programs only with us, review, rating