Oxuinfo.com xəbər portalına verilən məlumata əsasən Gürcüstan Ruhanilər Heyətinin üzvləri “Müqəddəs Məşhəd şəhərində yerləşən həzrət İmam Rzanın (ə) pak hərəmində xalqa könüllü xidmət göstərən iki din xadiminin qətlə yetirilməsi və bir nəfərin yaralanması ilə nəticələnən terror hadisəsini qətiyyətlə qınayır. Belə dindən və insanlıqdan uzaq batil əqidənin vəhşətli nəticəsi dinimiz tərəfindən qəbulolunmazdır.”
Həmçinin qeyd ediblər ki, “Təəssüfverici haldır ki, ötən əsr və son illərdə də bir çox müsəlman ölkələrində məscid və dini ibadət məkanlarda, hətta cümə namazlarında günahsız inanclı insanlara qarşı bənzəri vəhşiliklərin şahidi oluruq. İnsani duyğulardan məhrum olan və ümmətə düşmən kəsilən belə hadisələri törədən üzdəniraq canilər insanları dini məkanlardan soyudacaqlarını və islam dünyasında vəhdəti sarsıdacaqlarını düşünməkdə yanılırlar. Bu mənfur planlı din düşmənlərinə xidmət edən kəslər bilməlidirlər ki, həqiqi İslama – Quran və sünnəyə xidmət edənlər onları şiddətlə qınayırlar, lənətləyirlər.