– “Biz danışıqlar aparsaq da, aparmasaq da bizə hücum olunacaqdı – bunu bilirdik.”
– “İndiyədək istifadə olunan silahlar köhnə idi, lakin inanılmaz sürprizlər yoldadır.”
– “Elə nəticələrə gələ bilərik ki, sərhədləri keçmək qərarını verək.”
– “Münafiqlər və quldur dəstələri İsrail rejimi ilə birlikdə pilotsuz aparatlar (dronlar) daşımaqda əməkdaşlıq edirlər.”
– “Bizim hələ istifadə etmədiyimiz tanınmayan taktiki metodlarımız var.”
– “Əgər İsrailin təcavüzü davam etsə, İran bölgəni alt-üst edəcək. Bu müharibə həftələrlə davam edəcək.”
– “Xalq daha sərt cavab gözləyir, amma müharibə idarə olunmalıdır. Elə nəticələr ola bilər ki, sərhədləri keçək və müəyyən addımlar ataq.”
– “Biz hələ də Ali Rəhbərin verdiyi fətvanı qoruyuruq və atom bombası istehsalından çəkinirik, lakin gələcək hadisələrə baxmaq lazımdır.”
– “İrandan sonra növbə İraqdadır. Onlar İranı qeyri-sabit etmək istəyirlər ki, İraqa asanlıqla daxil ola bilsinlər.”
– “Son günlər ərzində bütün ərəb ölkələri bizimlə əlaqə saxlayıb və dəstək olduqlarını bildiriblər. Pakistan isə deyib ki, əgər İsrail atom bombası istifadə etsə, onlar da qarşılıq olaraq istifadə edəcəklər (lakin Pakistan bunu təkzib edib).”
– “Biz dünən və bu gün 1.5 tonluq döyüş başlıqlı raketlərdən istifadə etmişik və bundan da ağırlarını ehtiyatda saxlayırıq.”
– “Hələlik bomba istehsal etmirik, amma gələcəkdə nə olacağını bilmirik.”