Fransanın anti-terror prokurorluğu “soyqırımda şəriklik” və “soyqırıma təhrik” ittihamları üzrə iki cinayət işi açıb.
İstintaq çərçivəsində Qəzzaya humanitar yardımın qarşısını almaqda şübhəli bilinən fransız-israillilər hədəfdədir. Həmçinin sionist rejimin müharibə ordusunun hərbi əməliyyatlar zamanı davranışı da araşdırılır.
Bu, Fransanın Qəzzadakı mümkün beynəlxalq hüquq pozuntuları ilə bağlı apardığı ilk rəsmi istintaqlardan biri kimi qeyd olunur.
İstintaqlardan biri 2023-cü ilin noyabrında Fransanın Yəhudi Sülh Birliyi (UFJP) və fələstinli bir zərərçəkmiş tərəfindən verilmiş şikayət əsasında başladılıb.
Şikayətdə “İsrail Əbədi Olacaq” və “Tzav 9” kimi sərt sağçı qruplara üzv olan fransız vətəndaşlarının sionist rejimin nəzarətindəki sərhəd-keçid məntəqələrində yardım yük maşınlarının qarşısını fiziki şəkildə aldıqları iddia olunur.
Mənbə: AFP