QafqazTimes xəbər verir ki, sionist rejimin zindanlarında olan bir qrup fələstinli Beytullahul-Həram zəvvarlarına, ərəb və İslam ümmətinə müraciətində yazıblar: “Bizi unutmayın!”
Bu müraciətdə deyilir: “Bu gün sizinlə məktub vasitəsilə danışırıq və sabah sizinlə üzbəüz danışacağıq və Allahın köməyi ilə tezliklə Məscidül-Əqsada görüşəcəyik. Namaz mehrabı ilə cihad arasında birləşmək və işğalçı rejimlə sıfırdan üz-üzə gəlmək və davamlı qarşıdurma vəziyyətində olmaq bizdə iman və təqvanın artmasına səbəb olub. Əziz zəvvarlar! Bu gün biz Uca Allahın ən gözəl günlərində yaşayırıq və siz yer üzünün ən pak yerindəsiniz və bizim də qəlbimiz o torpaqlarda addım atmağa can atır. Sizdən xahiş edirik və hamımız ümid edirik ki, işğalçıların zindanı və onların lənətlənmiş zəncirləri bizi vəhy diyarından məhrum etsə də, dualarınızda bizi unutmayasınız və bu neməti bizə nəsib edəsiniz. Bizim üçün mərhəmətli Rəbbimizdən çətinliklərə və azadlıq yolunda dözüm, qələbə və səbr diləyin. Ümid edirik ki, Allah tezliklə kədərimizi və qəmimizi aradan qaldıracaq və biz də ailələrimizə qovuşub, Allahu Əkbər nidası ilə sizinlə birlikdə Beytul-Məqdəsi fəth edəcəyik. Allah sizdən və bizdən yaxşı əməl və ibadətlərimizi qəbul etsin. Həbsxanada olan əsir qardaşlarınız: Mahmud Arizə, Muhəmməd Arizə, Nəbil Əl-Muğeyr, Zəkəriyya Əl-Zübeydi, Mənazil Nəfiyat, Əli Əl-Safuri, Mahir Əl-Həşləmun, Ənvər Əl-Əsa, Abdullah Arizə, Casir Ridad, Əyad Cəradət, Mahmud Əbu-Şirin.