Fələstinin BMT-dəki daimi nümayəndəsi Qəzza zolağında məqsədli şəkildə dağıntıların törədilməsinə sionist rejimin məsuliyyət daşıdığını, bu bölgəni yaşayış üçün yararsız bir əraziyə çevirmək niyyətinin olduğunu deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, bu gün (26 fevral) Riyaz Mənsur təşkilatın Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib: Təhlükəsizliyi təmin etməyin yeganə yolu Qəzza zolağında atəşkəsin həyata keçirilməsidir. İsrail minlərlə fələstinli uşağı vəhşicəsinə qətlə yetirib. İsrailin Qəzza övladlarına hücumlarının heç bir bəhanəsi və bəraəti yoxdur.
Pakistanın BMT-dəki daimi nümayəndəsinin müavini də sionist rejimin təcavüzünün davam etməsini pisləyib və bunu Yaxın Şərqdə təhlükəsizlik və böhranların əsas səbəbi adlandıraraq Qəzzada atəşkəsin dərhal və tam şəkildə həyata keçirilməsini istəyib.
Pakistanın BMT-dəki daimi nümayəndəsinin müavini çıxışında deyib: Yaxın Şərqdəki təhlükəsizliyin kökü İsrail rejiminin təcavüzü və qeyri-qanuni işğalıdır. Ona görə də Pakistan Təhlükəsizlik Şurasını fələstinlilərin məcburi köçkünləri kimi planlara qarşı durmağa çağırırıq.