Fələstin informasiya qaynaqları sionist rejim hərbçilərinin Cüneyn düşərgəsinə basqını zamanı iki nəfərin şəhid edildiyindən xəbər verirlər.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, işğalçı rejim hərbçilərinin bu gün səhər (19 yanvar) Cüneyn dşərgəsinə hücumunda 57 yaşlı Cavad Bəvaqtə və fələstinlilərin tanınmış sərkərdəsi 28 yaşlı Ədhəm Cəbbarin güllə ilə şəhid edilib.
Məlumata görə sionistlər Əl-Hədəf məntəqəsinə də hücum edib, evlərin damından insanlara atəş açıblar. Fələstinlilər də qarşıdurmada onların avtomobillərinə əldədüzəltmə partlayıcılar atıblar.
Verilən məlumata əsasən, mücahidlər Harrətul-Dəməc və Harrətul-Həvaşində sionist hərbçilərlə qarşıdurmaya cəhd göstəriblər.
Xatırladaq ki, dünən də (18 yanvar) Əl-Xəlilin şimalında yerləşən Yunis Nəbi kəndinin girişində bir yaralı fələstinli şəhid olmuşdu.