Rəəyəl Yəvm qəzetinin baş redaktoru ABŞ və sionist rejimin Qəzzə əleyhinə soyqırım planını təkmilləşdirmək üçün Vitkoff təklifinin böyük bir tələ olduğunu deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əbdül Bari Ətvan bu gün (31 may) deyib: ABŞ elçiləri Amerika hökumətlərinin dəyişməsi ilə dəyişsə də, dəyişməyən Qəzzəyə qarşı soyqırım müharibəsi, bu müharibənin genişlənməsi, Netanyahunun Qəzza uşaqlarını raketlə tamamilə məhv etmək məqsədi, ailələrinin gözləri qarşısında öldürülməsi, sonda isə Qəzza zolağından köç etmək məcburiyyətində qoyulması planıdır.
Ətvan əlavə edib: Bu, ABŞ və sionist rejim tərəfindən yaradılmış qondarma qida paylama mərkəzlərinin nə üçün 2 milyondan çox fələstinlinin toplaşacağı güman edilən Rəfəh keçidi və Misir sərhədi yaxınlığında yaradıldığını izah edir. Çünki onların qarşısında iki seçim var: Cənuba məcburi köçmək və ya aclıqdan ölək. Bir neçə gün əvvəl 60-dan çox uşaq acından öldü. Bəs nə üçün Stiv Vitkoff ya Donald Tramp heç nə etmədi?!