Ermənistan Müdafiə Nazirliyi Amerika ilə birgə hərbi təlimlər keçirəcəyindən xəbər verib.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya barədə son ifadələrinə qarşı reaksiyalara rəğmən, rəsmi İrəvan Vaşinqtonla birgə hərbi təlim keçirməyə hazırlaşır.
Məlumata görə beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində 11-20 sentyabr tarixlərində Ermənistanda, sülhməramlı briqadanın “Zar” və Müdafiə Nazirliyinin N saylı təlim mərkəzlərində Eagle Partner 2023 erməni-amerikan birgə təlimləri keçiriləcək.
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək planlarına münasibət bildirərkən deyib: Əlbəttə, belə xəbərlər, xüsusən də indiki vəziyyətdə narahatlıq doğurur. Buna görə də biz bu xəbərləri dərindən təhlil edəcəyik və vəziyyəti diqqətdə saxlayacağıq.