İran XİN başçısı ölkəsinin Amerika ilə danışıqlara razılığının səbəbinin yalnız nüvə məsələsi və sanksiyaların qaldırılması məqsədli olduğunu vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Seyid Abbas Əraqçi bu gün (26 aprel) İran-Amerika dolayı danışıqlarının 2-ci raundundan sonra verdiyi müsahibədə deyib: Bu dəfəki danışıqlar keçmişdən qat-qat ciddi idi və biz tədricən daha ətraflı, texniki müzakirələrin bəzilərinə daxil olduq. Ekspertlərin iştirakı çox faydalı oldu. Bir neçə dəfə yazılı şəkildə fikir mübadiləsi apardıq. Dolayı danışıqlarda texniki müzakirələr müəyyən dəqiqlik tələb edir və buna görə də mövqelər əsasən yazılı şəkildə mübadilə edildi.
Əraqçi əlavə edib: Qarşı tərəflərin sualları var idi, biz onları yazılı cavablandırdıq. Bizim də suallarımız var idi və qarşı tərəfə təqdim etdik. Ümumilikdə, danışıqlar mühiti çox ciddi və işgüzar şəraitdə keçdi. Böyük müzakirələrdən uzaq dayandıq, amma bu, fikir ayrılıqlarının aradan qaldırılması demək deyil və həm makro məsələlərdə, həm də detallarda fikir ayrılıqları var.