İran Xarici İşlər naziri şimal, cənub, şərq yaxud qərb qonşularımızın ərazi bütövlüyünə qarşı istənilən hər hansı bir təhdid və ya sərhəd deliminasiyasının İran üçün qırmızı xətt olduğunu vurğulayıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, seyid Abbas Əraqçi bu gün (5 sentyabr) regional sabitliyi İran milli təhlükəsizliyinin sütunlarından biri kimi xatırladaraq vurğulayıb: İran sərhədləri ətrafında istənilən ərazi təhlükəsi və ya geosiyasi dəyişiklik İranın qırmızı xəttidir.
Seyid Abbas Əraqçi X sosial media hesabında paylaşdığı mesajda deyib: Bizim yeganə prioritetimiz təkcə regional sülh, təhlükəsizlik və sabitlik deyil. Əslində milli təhlükəsizliyimiz də əsas sütunlarından biridir. İstər şimalda, istər cənubda, istər şərqdə, istərsə də qərbdə qonşularımızın suverenliyi əleyhinə hər hansı təhdid, sərhədlərin yenidən təyini qəbuledilməzdir və İran üçün qırmızı xətt hesab olunur.