Yəmən Ənsarullah Hərəkatının İrandakı media mənsubu Fələstin məsələsinin islam dünyası üçün əsas problem olduğunu və ölkəsinin Fələstin xalqına həmişə dəstək duracağını vurğulayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əhməd Əl İmam bu gün (31 may) Ənsarullah hərəkatrının Fələstin müqavimət dəstələri ilə tam koordinasiyalı olduğunu, Qırmızı dənizdə ABŞ qüvvələri ilə birbaşa qarşıdurmalar, Amerikanın Yəməndə “daxili toqquşma yarat, ayrılıq sal və zəiflət” prinsipləri barədə ətraflı məlumat verib.
Əhməd Əl İmam həmçinin “söz birliyi” və “kompilasiyalara qarşı sayıqlığı” düşmənlər üzərində qələbənin sirri olduğunu qeyd edərək deyib: Düşmən faktları dəyişdirməyə, Allahın nurunu söndürməyə çalışır, İslam ümmətia arasında təfriqə salır, İctimai rəyi susdurur. Onlar İran İslam xalqının qardaşı olduğu və həmişə məzlumların yanında olduğu halda İran əleyhinə mənfi təbliğat apararaq müsəlmanlar arasında ixtilaf salmağa cəhd göstərirlər.