Yəmən Ənsarullahunun rəsmisi Əl Əqsa Tufanı əməliyyatından sonra yəmənlilərin dərin təcrübələr qazandığını vurğulayaraq ABŞ hərbi düşərgələrini darmadağın edə biləcək bombalara sahib olduğunu xatırladıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əmin Əl Bərai bu gün (17 mart) deyib: Yəmən Amerikaya sərt cavabını elə verəcək ki, Tramp həqiqi cəhənnəmin nə olduğunu o zaman anlayacaq. Çünki bizim bombalaramız heç bir bomba ilə müqayisə olunacaq vəziyyətdə deyil və Qırmızı dənizdəki ABŞ gəmilərini vuracaq raketlərimizin misli yoxdur.
Əmin Əl Bərai əlavə edib: Amerikanın Yəmənlə qarşıdurmada 100% uduzacağına əmin olun. Çünki indi onlar Qəzzə xalqına aclıq çəkdirməklə məşğul olduqları halda, Yəmən də onların hiyləsini necə məhv etmək planları ilə məşğuldur. Ənsarullah hərbi qüvvələri Fələstin amallarına müdafiə və dəstəyindən əl çəkməyəcək. Odur ki, ABŞ və İngiltərə soyqırımı siyasətində İsrailə dayaq olduğunu düşünsə də, əsil cəhənnəmin necə bir məfhum olduğunu biz onlara anladacağıq.