İzzəddin Əl Qəssam Briqadaları Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinin şərqində “Cəhənnəm qapıları” əməliyyatları çərçivəsində İsrail ordusunun piyada bölməsinə qarşı planlaşdırılmış pusqu həyata keçirdiyindən xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, bu gün (7 may) Əl Qəssamın rəsmi Teleqram kanalında dərc olunan bəyanatında deyilir İsrail piyada birliyini “Əl-Məşru” kəsişməsi yaxınlığındakı bombalanmış əraziyə cəlb etdik. Sionistlər o bölgəyə çatanda bir neçə bomba partladı. Nəticədə onlardan bir neçəsi həlak oldu və yaralandı.
Açıqlamada ölü və yaralıların təxliyyə edilməsi üçün İsrail helikopterlərinin əməliyyat yerinə enməyə məcbur edildiyi, qarşıdurmaların bəyanatın dərc olunduğu vaxta qədər davam etdiyi də təsdiqlənib.
Digər bir əməliyyatda Əl Qəssam Rəfah şəhərinin şərqində bir evdə gizlənmiş bir qrup İsrail düşmən hərbçisinin 2 “TBG” raketi ilə hədəfə alındığı qeyd edilir.