Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın hərbi qanadı olan əl-Qəssam batalyonları bu gün, şənbə günü verdiyi açıqlamada, döyüşçülərinin Qəzza zolağının “əz-Zeytun” məhəlləsinin şərqində yerləşən döyüş cəbhəsindən qayıtdıqdan sonra bir ədəd İsrailə məxsus Merkava tankını güclü partlayıcı ilə hədəfə alaraq məhv etdiklərini bildirib.
Əl-Qəssam həmçinin əlavə edib ki, döyüşçüləri həmin bölgədə yerləşən İsrail ordusuna məxsus bir qazıntı maşınını da güclü bomba ilə vuraraq məhv ediblər.
Sionist rejimin mediası bu gün Xanı Yunusun cənubunda və Qəzzanın şərqində yerləşən əş-Şucaiyyə məhəlləsində İsrail qüvvələrinə qarşı “iki təhlükəsizlik insidenti” baş verdiyini bildirib.
Bəzi mənbələrin Əl-Cəzirəyə verdiyi məlumata görə, İsrail ordusuna məxsus bir helikopter, şimal-qərbi Xan Yunus bölgəsində yaralı əsgərləri təxliyə etmək məqsədilə eniş edib. Sionist media təsdiqləyib ki, İsrail ordusuna məxsus helikopterlər döyüş bölgəsindən yaralı əsgərləri çıxarıb.
Sionist rejimin ordusu, ciddi informasiya senzurası fonunda yalnız bu qədər açıqlama verib ki, Qəzzanın şimalında baş verən toqquşmalarda bir əsgər ağır yaralanıb və vəziyyəti kritikdir.
