Bağdad şəhərinin imam cüməsi Amerikanın müharibə xislətini tənqid edərək sionist rejimin Qəzzədə soyqırımına dəstək verdiyini, Yəmən və Qəzzədə sülh vədli güzgüsünün sındığını deyib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Ayətullah Seyid Yasin Əl Musəvi dünən (23 may) cümə namazı xütbəsində deyib: Amerikanın davranışı təhdid və məhvə əsaslandığı halda sülhdən necə danışmaq olar?. Yəmən və Qəzza Amerikanın sülhlə bağlı şüarlarının uğursuzluğunun bariz sübutudur. Xüsusilə, amerikan-israil əsilli əsirin azad edilməsindən sonra ABŞ Qəzzada müharibəni dayandıracağını, İsrail qüvvələrini geri çəkməyi və humanitar yardım göndərməyə söz verdiyi bir halda vədlərinə sadiq qalmadı.
Ayətullah Əl Musəvi həmçinin İran-ABŞ nüvə müzakirələrinə münasibət bildirərək deyib: Ali Rəhbər Ayətullah Xamenei bu danışıqlarda Amerikaya heç bir etimadın olmadığı və danışıqlar qrupunun tam sayıq hərəkət etməli olduğu prinsipində israrlıdır.