İraqın dini alimlərindən biri Yəməni müqavimətin sütunu və dayağı adlandırıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, ayətullah Seyid Yasin Əl Musəvi dünən (09 may) cümə namazında İraq xalqını vəhdətə dəvət edərək xarici imperialistlərlə mübarizəyə çağıraraq deyib: Yəmənin şücaət prinsipləri təqdirəlayiqdir və onlar müqavimətin dayağıdır.
Ayətullah Əl Musəvi həmçinin ABŞ prezidenti Donald Trampı zəmanənim Fironu adlandıraraq Yəmən qarşısında məğlub olduğunu vurğulayaraq deyib: ABŞ Əli şiələri qarşısında öz acizliyini etiraf etdi. Halbuki onlar heç bir razılaşma imzalamadan təcavüzkarlılğa son qoyulmasını vurğulayırdılar.
Ayətullah Əl Musəvi həmçinin islam tarixindən sitat gətirərək deyib: Əmirəl Möminin Əli (ə) Yəməni fəth etdi və o zamandan bəri Yəmən Əhli Beyt (ə) tərəfdarlarının ixtiyarındadır. Bu gün isə Yəmən artıq Hz.Əlinin (ə) danışan dili, Əhli Beytin (ə) iman nümunəsi və müqavimətin sütunudur.