Əl Məyadin telekanalı bu həftə Qətər əmirinin Tehrana səfər edəcəyi barədə məlumat yayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əlməyadin dünən axşam (16 fevral) bu məlumatı elan edərək deyib: Şeyx Təmim Bin Həməd Ali Sani bu həftə Tehrana səfərdə İranın yüksək rütbəli rəsmiləri ilə görüşüb danışıqlar aparacaq.
QANA informasiya agentliyinin məlumatına görə isə Şeyx Təmim Bin Ali Sani bu gün (17 fevral) Hindistan rəsmiləri ilə görüş məqsədilə Yeni Dehliyə gedəcək. Bu səfər zamanı Tamim Bin Həməd Ali Sani prezident Draupadi Murmu və baş nazir Narendra Modi ilə görüşəcək və ikitərəfli əlaqələri müzakirə edəcək.