Əl-Əxbar qəzeti İsrail rejiminin Livana qurudan kütləvi hücum planını və hava hücumlarının qeyri-kafi olduğunu açıqlayıb.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, bəzi Qərb diplomatik mənbələri İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ-a son səfəri zamanı Vaşinqton rəsmiləri ilə Livanda hərbi hücumların genişləndirilməsi planını müzakirə etdiyini açıqlayıb. Netanyahu onlara böyük bir hərbi əməliyyata ehtiyac olduğunu bildirib.
Əl-Əxbar bu mənbələrə istinadən yazır ki, işğalçı ordu Livanla böyük bir döyüş planı hazırlayıb və bu plana qurudan kütləvi hücum da daxildir. Bu baxımdan sionist düşmən son müharibədən əvvəl təklif edilmiş plana qayıtmaq istəyir və Suriyadakı dəyişiklik onun həyata keçirilməsini asanlaşdırıb. Müvafiq olaraq, düşmən Livanın şərq sərhəd zolağında işğal etdiyi Suriya torpaqlarından istifadə edərək Dəməşqin qərb ətraflarında Quneytra bölgəsi ilə “Bəqa, Rəşiyə və Həsbiyə”nin qərb bölgələrinə hücum edəcək və “Əl-Ərqub” bölgəsi sərhədlərində yerləşən qüvvələr Livan ərazisinə daxil olacaq.