Ramullahın şərqində yerləşən Bərqa sionist qəsəbə sakinləri hərbi qüvvələrin dəstəyi ilə fələstinlilərin düşərgəsinə basqın ediblər.
Əl Aləm telekanalının məlumatına əsasən, basqında fələstinlilər müqvimət göstərmək məcburiyyətində qalıb və nəticədə 19 yaşlı fələstinli gənc şəhid olub.
Basqınçılar düşərgəni atəşə tutaraq, evlərə və avtomobillərə ağır xəsarət vurublar.
Digər bir məlumata görə bu hücumda məqsəd keçmiş məhbuslardann bir neçə nəfərini yenidən həbs etmək olub.
Həmçinin , işğalçılar Ceninin qərbində yerləşən Barqin şəhərinə təcavüzləri zamanı azad edilmiş məhbuslar və tanınmış cihad rəhbərlərindən birini, Mühəndis Sultan Əhməd Mahmud Xələf, Şeyx Hilal Məhəmməd Lütfi Xəluf, Əli Naif Səmarə və Əli Xələfi həbs ediblər.
Şahidlər bildiriblər ki, işğalçı qüvvələr bu üç vətəndaşı həbs etdikdən sonra Barqin şəhərindən geri çəkiliblər.