İzzəddin Əl Qəssam Batalyonlarının sözçüsü sabah daha 3 sionist girovun azad ediləcəyindən xəbər verib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Əbu Übeydə bu gün (7 fevral) X sosial media hesabında yazıb: Sabah – şənbə günü daha 3 sionist əsir azad olunacaq.
Əbu Übeydə mesajının davamında əsirlərin adlarını elan edərək deyib: İsrail ilə mübadilə razılaşmasının bir hissəsi olaraq, biz 8 fevral şənbə günü Eliyahu Şarabi, Ora Levi və Ohad Ben-Amini (Almaniya vətəndaşı) azad etmək qərarına gəldik.
Bundan əvvəl informasiya qaynaqları 4 israilli girovun azad ediləcəyi barədə məlumat yaymışdı.