Əl-Qəssam Briqadalarının hərbi sözçüsü Əbu Ubəydə bildirib:
“Fələstin xalqının yanında yer alan və onların şərəfli müqavimət döyüşçülərinə verdiyi güclü dəstəyə görə sionist rejimin vəhşi təcavüzünə məruz qalan İran İslam Respublikası ilə tam həmrəyliyimizi bəyan edirik. Həmçinin bu alçaq hücum nəticəsində şəhid olan İranın böyük liderlərinə və şəhidlərinə yas tuturuq.”
O əlavə edib:
“Sionist düşmən tamamilə xam xəyal içindədir, əgər düşünürsə ki, bu xain hücumlarla müqavimət cəbhələrini zəiflədə və ya regionda bu kövrək qurumun təməlini sabitləşdirə bilər. Əksinə, o ard-arda strateji səhvlər etməyə davam edir və bu səhvlər onu qaçılmaz süqutuna daha da yaxınlaşdıracaq, inşallah.”