“Middle East Eye” İsrailin İranın raket hücumunun vurduğu zərəri gizlətdiyini bildirib və yazıb: İran çərşənbə axşamı İsrail ərazisinə ballistik raket yağdırdı.
Video görüntülərdə onların çoxunun hədəfləri vurduğu müşahidə olunur.
İsrailin bir neçə hərbi obyektini bağladığı və raketlərin dəydiyi yerlərə dair hesabatların dərcinə mane olduğu bildirilir. İsrailin senzurası İranın hücumlarının vurduğu zərərin tam qiymətləndirilməsini çətinləşdirir.
Amerikanın “Washington Post” qəzeti İranın 32 raketinin Nəvatim hərbi bazasını vurduğunu yazıb. Bu qəzet yazıb: İranın İsrail bazalarına hücumunun zərərləri ilə bağlı bir çox qeyri-müəyyənliklər və suallar var, lakin belə görünür ki, İranın raketlərinin böyük bir hissəsi İsrailin hava hücumundan müdafiə sistemindən keçə bilib. Ekspertlərin qiymətləndirməsi göstərir ki, İranın 32 raketi Nəvatim bazasına düşüb. İran raketləri sionist rejimin müdafiə sistemlərindən keçərək İsrailin 3 hərbi və kəşfiyyat obyekti və bazasını hədəfə ala bildi. Üç raket də Tel Nof bazasına, ən azı iki raket isə Mossadın qərargahının kənarına düşüb.
Associated Press xəbər agentliyi Nəvatim bazasına və təyyarələrin texniki xidmət obyektlərinə böyük ziyan dəydiyini yazıb və bildirib ki, videolarda İranın onlarla raketinin eyni bazaya düşdüyü müşahidə olunur.
Qafqaztimes
Al-alam