Dünyada məcburi köçkünlərin sayının gələn ilin sonuna qədər 6.7 milyon nəfər artacağı proqnozlaşdırılır
Danimarka Qaçqınlar Şurası bildirib ki, gələn ilin sonuna qədər dünya üzrə məcburi köçkünlərin sayı təxminən 6.7 milyon nəfər artaraq ümumi sayı 120 milyon nəfərdən çox olacaq.
Hesabata görə, 27 ölkə qlobal miqyasda məcburi köçkünlərin əmələ gəlməsinin əsas səbəbkarıdır.
Eyni zamanda, Amerika Birləşmiş Ştatları kimi ölkələrin humanitar yardımlarının azalması, məcburi köçkünlərin vəziyyəti ilə bağlı narahatlıqları artırır.
Qafqaztimes