İslam İnqilabının Ali Liderinin Aşura gecəsində İmam Hüseyn (ə.s) -ın matəm mərasimində iştirakı region və dünya mediasında geniş əks-səda doğurub və İranın xarici təhdidlər qarşısında cəsarət və qüdrətinin rəmzi kimi qlobal miqyasda diqqət çəkib.
Qafqaz Times -ın məlumatına görə, Ali Liderin Aşura gecəsində İmam Hüseyn (ə.s) -ın matəm mərasimində iştirakı region və dünya mediasında geniş işıqlandırılıb və İranın xarici təhdidlər qarşısında şücaət və gücünü göstərən simvol kimi təqdim olunub.
Əl-Cəzirə kanalı adi proqram axışını dayandıraraq Ayətullah Xameneinin Aşura gecəsində İmam Xomeyni (r.ə) Hüseyniyyəsindəki iştirakını canlı yayımlayıb.
Əl-Cəzirənin aparıcısı, analitiklə söhbət edərkən Ali Liderin İmam Xomeyni Hüseyniyyəsində Aşura gecəsində iştirakına dair görüntülərin yayımlandığını öyrəndikdə, söhbəti kəsərək bildirib: “İran mediası Ayətullah Xameneinin bu dini mərasimdə iştirakını xəbər verib. Bu, son həftələrdə Ali Liderin ilk ictimai çıxışıdır.”
Əl-Məyadin də xəbər verib ki, Ali Lider ABŞ və İsrailin son müharibəsindən sonra ilk dəfə olaraq Aşura gecəsində ictimaiyyət qarşısına çıxıb.
Bu media qeyd edib ki, ABŞ və sionist rejimin son müharibəsinin əsas məqsədlərindən biri İranda sistemi devirmək və xaos yaratmaq idi, lakin ABŞ və İsrail rəhbərlərinin Ali Liderə qarşı açıq-aşkar təhdidlərindən sonra onun dini mərasimdə iştirakı xüsusi diqqət çəkib.
Əl-Məyadin əlavə edib ki, regionda və dünyada müxtəlif ölkələr, qruplar, partiyalar, dini və siyasi liderlər, eləcə də tanınmış ictimai xadimlər Netanyahu və Trampın Ali Liderə qarşı təhdidlərini bütün İslam ümmətinə qarşı təhqir kimi qiymətləndirib. Ayətullah Xamenei dini rəhbər və milyonlarla möminin təmsilçisi kimi yüksək dini simvol hesab olunur.
Rusiyanın “Rasha Today” mediası bu iştirakın İran xalqı tərəfindən böyük coşqu ilə qarşılandığını bildirib və qeyd edib ki, nəhəng izdiham İsrail rejimi ilə son qarşıdurmalardan sonra Ali Liderin ilk ictimai çıxışını həyəcanla qarşılayıb. Bu media hadisəni İran xalqının həmrəyliyi və müqavimətinin simvolu kimi xarakterizə edib.
Frans 24, BƏƏ-yə bağlı Ərəb Sky News kanalı və Əl-Şərq radiosu da Ali Liderin bu mühüm dini mərasimdə iştirakına xüsusi diqqət ayırıblar.
Qərb və İsrail mediası, o cümlədən “Jerusalem Post”, “Israel Hayom”, “Times of Israel”, “The Independent”, BBC, CNN və Reuters kimi İran əleyhinə mövqe tutan KİV-lər belə bu hadisəni baş xəbər kimi işıqlandırmağa məcbur qalıblar. Onlar Ali Liderin təhdidlərə baxmayaraq ictimaiyyət qarşısına çıxmasını işıqlandıraraq, İran əleyhinə şayiə və psixoloji əməliyyatların iflasa uğradığını dolayısı ilə etiraf ediblər.
Bu media reaksiyaları və xarici şəxsiyyətlərin açıqlamaları Ali Liderin iştirakının dünya ictimaiyyətinə dərin təsirini nümayiş etdirib.