Fələstində səfərdə olan İngiltərənin xarici işlər naziri Qəzzədə dərhal atəşkəsin bərqərarının zərurətini vurğulayaraq deyib: Bu müharibə hərbi yolla deyil, siyasi müzakirələrlə sonlandırılmalıdır.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, David Kameron Əl Cəzirə telekanalı ilə müsahibədə deyib: Biz dostcasına daimi atəşkəsə nail olmaq istəyirik. Girovların azadlığı və fələstinlilərə humanitar yardımların çatdırılması üçün atəşkəs zəruridir.
Kameron əlavə olaraq deyib: İsrail müharibədən sonra Qəzzənin idarəetməsini qəbul etməyəcək və buna haqqı da var. Biz İsrailə tam dəstək vermədik. Amma Həmasla Fələstin xalqı arasında fərq qoymalıyıq. Elə bu səbəbdən də Fələstin Özünüidarə Təşkilatı Qəzzənin idarəetməsini qəbul etməlidir. Ümumilikdə isə Qəzzə müharibəsi hərbi yolla deyil, diplomatik müzakirələrlə sonlandırılmalıdır.
Qeyd edək ki, David Kameron bu gün Ramullaha səfərində Mahmud Abbasla da görüşüb.