Ötən bir ay ərzində Danimarka və İsveçdə dəfələrlə Qurana hörmətsizlik və bu ölkə hökumətlərinin İslamın müqəddəs kitabının yandırılmasını pisləyərək bundan təəssüfləndiklərini, lakin söz azadlığını qoruyan qanunlar çərçivəsində həmin aksiyaların qarşısını ala bilməyəcəklərini elan etməsinə rəğmən, bu gün yenə də bu iki ölkədə Quran yandırılıb.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, bu gün (31 iyul) İsveç Parlamenti qarşısında Silvan Mumika ilə bir neçə İraq vətəndaşı Qurana hörmətsizlik ediblər.
Həmçinin bu gün (31 iyul) Kopenhagendə Səudiyyə Ərəbistanının səfirliyi qarşısında Quran yandırılıb.
Halbuki ötən həftə Danimarka hökumətinin saytında yerləşdirilən müraciətdə “Bu təxribatçı və rüsvayçı hərəkətlər Danimarka hökumətinin fikirlərini əks etdirmir. Hamını deskalasiyaya çağırırıq, zorakılıq heç vaxt cavab olmamalıdır” deyilmişdi.