Suriyada Əl-Qaidə terror qruplaşmasının qolu olan Təhrir əl-Şam qruplaşmasının başçısı “Əbu Məhəmməd əl-Culani”, özünü bu ölkənin müvəqqəti rəhbəri adlandıraraq, Los-Anceles Yəhudi jurnalı ilə müsahibəsində Suriyanın daxili vəziyyəti və ölkənin perspektivləri barədə danışıb.
Tahrir əl-Şam qruplaşmasının başçısı həmçinin ABŞ-ın keçmiş prezidenti “Donald Tramp”la görüşünə toxunaraq iddia edib: “Mediada necə təqdim olunmağımdan asılı olmayaraq, mən onu sülhsevər bir şəxs kimi görürəm. Biz hər ikimiz eyni düşmən tərəfindən hədəf alınmışıq. Tramp gücü, təsiri və nəticələri anlayır. Suriya dürüst bir vasitəçiyə ehtiyac duyur ki, danışıqları yenidən başlada bilsin. Əgər bölgənin sabitliyinə və ABŞ ilə onun müttəfiqlərinin təhlükəsizliyinə kömək edə biləcək bir uyğunluq mümkündürsə, mən bu danışıqlara hazıram. Bu bölgəni yenidən qurmaq gücünə malik yeganə şəxs odur.”
İsrail rejimi ilə münasibətləri normallaşdırmağa çalışan Tahrir əl-Şam lideri, Dəməşqlə Təl-Əviv arasındakı münasibətlərlə bağlı suala cavabında bildirib: “Sonsuz bombardmanlar dövrü başa çatmalıdır. Qorxu ilə dolu səma altında heç bir xalq inkişaf edə bilməz. Bizim ortaq düşmənlərimiz var və bölgə təhlükəsizliyində mühüm rol oynaya bilərik.”
Qafqaztimes