Trampın açıqlamalarına cavab olaraq Çin Xarici İşlər Nazirliyi Pekinin Qəzza əhalisinin məcburi köçürülməsinə qarşı olduğunu elan edib.
Qafqaztimesin xarici medialara istinadən verdiyi məlumata əsasən, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cyan bu gün (5 fevral) deyib: Çin maraqlı tərəflərin anklavda atəşkəs və müharibədən sonrakı idarəçiliyin Fələstin məsələsini iki dövlətli həll yoluna əsaslanan siyasi nizamlanmanın düzgün yoluna qaytarmaq şansı kimi görəcəyinə ümid edir.
Qeyd edək ki, ekspertlər ABŞ prezidentinin ideyasını təhlükəli, qeyri-qanuni və imkansız olduğunu deyir.
Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri, həmçinin Fələstin Azadlıq Təşkilatı (FAT), Həmas və digər ölkələr Trampın fələstinlilərin məskunlaşdırılması təklifinə qarşı çıxıblar.