Cənubi Koreya Hərbi Hava Qüvvələrinə məxsus ikioturacaqlı KF-16D tipli qırıcı təyyarə ABŞ-ın Alyaskadakı Eielson Hərbi Hava Bazasında keçirilən təlim zamanı havaya qalxarkən qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarə yerə çırpıldıqdan sonra yanmağa başlayıb, lakin hər iki pilot təhlükəsizlik oturacağından istifadə edərək təyyarədən sağ-salamat çıxa bilib və xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı təyyarənin burun hissəsi və ön təkər mexanizmi ciddi zədələnib. Qəzanın səbəbi ilə bağlı araşdırma aparılır.