İran İslam Respublikası Məsləhət Şurasının üzvü deyib:
Biz tarixdə heç bir müharibəyə başlamamışıq və İran-İraq müharibəsi bunun bariz nümunəsidir.
Amma biz hər bir təcavüzkarı peşman edəcək şəkildə qətiyyətlə davranırıq.
Məsləhət Şurasının üzvü Əli Əkbər Vilayəti İngiltərənin Financial Times qəzetinə müsahibəsində sionist rejimin İran ərazisinə təcavüzü və regionda baş verən hadisələrlə bağlı suala belə cavab verib:
İlk növbədə, təcavüzkarların qarşısında cəsarətlə dayanan İran İslam Respublikasının bütün silahlı qüvvələrinə, xüsusilə ordu və SEPAH-a təşəkkür etməyi zəruri hesab edirəm.
Sionist rejimin etdikləri boş hay-küy idi.
İran tarixdə ən uzunömürlü ölkədir. Bu ölkənin müdafiəçiləri isə əziz İran xalqıdır.
O əlavə etdi: Əgər sionistlərin təkəbbürünün xalq arasında təsirini görmək istəsəniz, sadəcə bütün şəhərlərə və kəndlərə baş çəkin və insanlardan soruşun.
Bu təcavüzü ilə sionist rejim öz nüfuzunu şübhə altına aldı və hətta tərəfdarları tərəfindən qınandı.
Vilayəti vurğulayıb: Müşahidəçilərin nəzərində bu hücum, sionist rejimin dəmir günbəzini sındırmağa qadir olan dünyada yeganə ölkə olan İran qarşısında həqiqətən əhəmiyyətsiz idi.
Qafqaztimes
Mashregh