Dünyanın gözü qarşısında BMT Nizamnaməsini cıran sionist işğalçı İsrail rejiminin nümayəndəsi bu təşkilatın (BMT) bağlanmasını və yox olmasını tələb edib.
Qafqaztimes xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında bu təşkilatın nizamnaməsini cırmış sionist rejimin nümayəndəsi Gilad Ardan Birləşmiş Millətlər Təşkilatının binasının bağlanması və məhv edilməsini tələb edib.
İvrit dilində çıxan “Maariv” qəzeti ilə söhbətində Ardan deyib: Bu bina (Birləşmiş Millətlər Təşkilatı) kənardan gözəl görünə bilər, amma əslində əyri və çirkindir.
O, əlavə edib: Gələcəkdə Benyamin Netanyahunun sionist rejimin baş naziri kimi fəaliyyəti başa çatdıqdan sonra o, Likud partiyasına rəhbərlik edəcək.
“Maariv” qəzeti ötən ay Ardanın Birləşmiş Millətlər Təşkilatına qarşı görünməmiş hərəkətlər etdiyini, o cümlədən təşkilatın Qüdsdəki məclisinin bağlanması və işğal olunmuş ərazilərdə ona bağlı qurumların rəhbərlərinin çıxarılmasını tələb etdiyini yazıb.
Sionist rejimin bu nümayəndəsi BMT Baş Assambleyasının sessiyası zamanı Fələstinin BMT-yə tam üzvlüyü araşdırılarkən BMT nizamnaməsini cırıb.
Alalam